Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib

Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib
Yayınlanma tarixi: 2/10/2023 5:57:18 PM

Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Mərkəzdən "İslamazeri.com"a verilən məlumata görə, müraciətdə bildirilib ki, qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır:

"Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər.

Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.

Yayılan təxribat xarakerli şayiələrə inanmayın!"

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM