Sergey Lavrov Türkiyəyə səfər edəcək

Sergey Lavrov Türkiyəyə səfər edəcək
Yayınlanma tarixi: 31.03.2023 15:12:05

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada həftəlik mətbuat konfransında nazir Lavrovun gələn həftə proqramı barədə məlumat verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada həftəlik mətbuat konfransında nazir Lavrovun gələn həftə proqramı barədə məlumat verib.

Lavrovun xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcəyini bildirən Zaxarova “Görüşlər zamanı ticarət, enerji və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti, və gözləntilər başda olmaqla müxtəlif  mövzuların müzakirəsi planlaşdırılır” deyib.

Məlumata görə, səfər zamanı Rusiya-Türkiyə əməkdaşlığının inkişafı, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.

Zaxarova onu da əlavə edib ki, Çavuşoğlu və Lavrovun ikitərəfli təmasları zamanı müxtəlif səviyyələrdə ikitərəfli təmasların aparılması üçün səylər davam etdirilir.

GÜNÜN MANŞETLERİ