SEPAH Hind okeanında iki ABŞ gəmisini vurduğunu açıqladı.
İslamazeri.com xəbər verir ki, "Doğru Vəd 4" Əməliyyatı ilə bağlı 19 nömrəli rəsmi açıqlamada bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) Hind okeanında 600 kilometrdən çox dərinlikdə ABŞ-ın strateji hədəfinə dəniz raket zərbəsi endirib.
Əməliyyatın bir hissəsi olaraq, İran sahillərindən 650 kilometr uzaqlıqda ABŞ tanker gəmisindən yanacaq dolduran ABŞ esminesi Hərbi Dəniz Qüvvələrinin inventarından olan "Qədr 380" və "Talaiye" raketləri ilə vurulub.
Kəşfiyyat məlumatlarına görə, hər iki hədəf gəmisinin göyərtəsində genişmiqyaslı yanğın baş verib və ərazidəki atmosfer tüstü ilə dolub.