Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb
Yayınlanma tarixi: 30.01.2023 11:42:12

Şəhidin cənazəsi dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına yola salınıb.

Azərbaycanın İrandakı Səfirliyində törədilən terror zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi baş çatıb.

İslamazeri.com xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına yola salınıb.

Xatırladaq ki, şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

GÜNÜN MANŞETLERİ