Şamaxıda müəllimin şagirdə xəsarət yetirməsi araşdırılır

Şamaxıda müəllimin şagirdə xəsarət yetirməsi araşdırılır
Yayınlanma tarixi: 2.12.2022 12:12:48

Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Bu barədə "İslamazeri.com"a DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.

GÜNÜN MANŞETLERİ