Rusiyanın Baş naziri Azərbaycana gəlir

Rusiyanın Baş naziri Azərbaycana gəlir
Yayınlanma tarixi: 11/15/2022 3:37:15 PM

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.

Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM