Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib
Yayınlanma tarixi: 4/15/2023 10:04:43 AM

“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.

“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:

“Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.

Qeyd edək ki, bu gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM