Ərdoğan güclü liderdir - Putin

Ərdoğan güclü liderdir - Putin
Yayınlanma tarixi: 28.10.2022 10:10:06

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güclü liderdir və ölkəsinin maraqlarını rəhbər tutan şəxsdir"

İslamazeri.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Valday Diskussiya Klubunun illik toplantısında Rusiya ilə Türkiyə arasındakı münasibətlərdən danışarkən deyib.
"İki il əvvəl Ərdoğan haqqında müsbət fikirlər söylədiniz. Fikirləriniz dəyişibmi?" sualını cavablandıran Vladimir Putin deyib:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güclü liderdir və ölkəsinin maraqlarını rəhbər tutan şəxsdir. Bunu Ərdoğanın enerji və "Türk axını" təbii qaz kəmərinin tikintisi ilə bağlı mövqeyi də təsdiqləyir. Türkiyədə avropalı istehlakçılar üçün təbii qaz mərkəzi yaradılmasını təklif etdiklərinə diqqət çəkən Putin qeyd edib ki, Türkiye bu təklifi öz maraqlarına uyğun olaraq qəbul etdi”.
Vladimir Putin turizm, inşaat və kənd təsərrüfatı sektorlarında Rusiya və Türkiyənin maraqlarının üst-üstə düşdüyünü deyib.

"Ərdoğan heç vaxt üçüncü ölkələrin öz maraqlarını rəhbər tutmalarına imkan vermir: Bizimlə dialoq apardığı prosesdə də öz maraqlarını müdafiə edir. Bu mənada ümumilikdə Türkiyə və Rusiya asan  tərəfdaş deyil. Qərarların əksəriyyəti uzun və sadə olmayan danışıqlarda qəbul edilir. Hər iki tərəfin razılığa gəlmək arzusu var. Bu mənada Ərdoğan etibarlı tərəfdaşdır. Bu, onun ən mühüm xüsusiyyətidir”,  - deyə Vladimir Putin qeyd edib.
Ərdoğanın ölkəsinin maraqlarını müdafiə etdiyini bildirən Putin sözlərinə belə davam edib: "Ərdoğan hökumətinin məqsədəuyğun hesab etdiyi qərarlar üçün mübarizə aparır. Biz də qəbul edilən qərarların bizim üçün uyğun olması üçün mübarizə aparırıq. Ən həssas mövzularda belə həll yolları tapa bilərik: Suriya, təhlükəsizlik, iqtisadiyyat, infrastruktur. İndiyədək bunu edə bildirk. Əgər biz bunu təmin edə bilmişiksə, bunun həyata keçiriləcəyinə əmin ola bilərik. Münasibətlərimizin ən mühüm xüsusiyyəti etibarlılıq və sabitlikdir".

GÜNÜN MANŞETLERİ