2025-ci ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində (Qarabağ və Şərqi Zəngəzur) ümumilikdə 191 küçə üzrə 9 153 giriş ünvanı, 2 943 daxili ünvan təyin edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.
İslamazeri.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əks etdirilmiş tədbirlər, o cümlədən, torpaqların elektron kadastr uçotu, yerquruluşu və torpaq tədqiqatları istiqamətində işlər davam etdirilib.
İl ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140,2 min ha, geobotaniki tədqiqat üzrə isə 95,5 min ha ərazidə kameral işlər aparılıb. Bununla yanaşı, ümumilikdə 233,7 min ha sahədə laboratoriya işləri yerinə yetirilib.