Putin: Asiya çoxqütblü dünya nizamına keçiddə böyük rol oynayır

Putin: Asiya çoxqütblü dünya nizamına keçiddə böyük rol oynayır
Yayınlanma tarixi: 13.10.2022 18:13:34

Rusiya prezidenti bəyan edib ki, yeni güc mərkəzlərinin möhkəmləndiyi Asiya çoxqütblü dünya nizamına keçiddə böyük rol oynayır.

İslamazeri.com xəbər verir ki, Vladimir Putin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində çıxışı zamanı bunu bildirib.

Putinin sözlərinə görə, Moskva bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarıdır və onun yaradılması üçün hər şeyi edir.

"Biz digər Asiya dövlətləri ilə birlikdə beynəlxalq hüququn universal, tanınmış prinsiplərinə, BMT Nizamnaməsinə əsaslanan bərabər, bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması üçün hər şeyi edirik", deyə Kremlin rəhbəri qeyd edib.

Putin deyib ki, Moskva həmçinin qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxılmasının tərəfdarıdır.

Onun sözlərinə görə, hazırkı qlobal maliyyə sistemi planetdəki “qızıl milyard”ın başqasının hesabına yaşamasına imkan verirdi.

GÜNÜN MANŞETLERİ