Peskov İran PUA-larından istifadə ilə bağlı iddiaları təkzib edib

Peskov İran PUA-larından istifadə ilə bağlı iddiaları təkzib edib
Yayınlanma tarixi: 19.10.2022 11:20:43

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna rəsmilərinin "Rusiya Kiyevi İran istehsalı olan kamikadze təyyarələri ilə vurub" iddialarını təkzib edib.

İslamazeri.com xəbər verir ki, Kreml Rusiyanın Ukraynanı İran istehsalı olan PUA-larla vurması ilə bağlı iddiasına cavab verib.

Kremlin sözçüsü Peskov verdiyi açıqlamada İran istehsalı olan dronlarla bağlı "heç bir məlumatı olmadığını" bildirib.

"Biz Rusiya texnologiyasından istifadə edirik. İran istehsalı olan PUA-lar barədə məlumatımız yoxdur", - Peskov bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Rusiyanın hücumlarda İran istehsalı olan “Şahid” adlı kamikadze təyyarələrindən istifadə etdiyini iddia ediblər.

GÜNÜN MANŞETLERİ