Paytaxt Bakıda Həştərxan biznes mərkəzi açılacaq

Paytaxt Bakıda Həştərxan biznes mərkəzi açılacaq
Yayınlanma tarixi: 2.11.2021 17:17:37

"Bizim üçün Azərbaycan Xəzər regionunda əsas tərəfdaşlardan biridir".

Yaxın vaxtlarda Bakıda Həştərxan biznes mərkəzinin açılışı planlaşdırılır.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bu barədə Həştərxanın beynəlxalq əlaqələr agentliyinin rəhbəri Vladimir Qolovkov bildirib.

Onun sözlərinə görə, biznes mərkəzinin vəzifələrindən biri Həştərxan turizm məhsulunu tanıtmaq olacaq.

"Bizim üçün Azərbaycan Xəzər regionunda əsas tərəfdaşlardan biridir. Turizm – əməkdaşlığımızın perspektivli sahəsidir. Bundan əlavə, biz birbaşa aviareyslərlə əlaqə saxlayırıq və turizmin inkişafı üçün bütün şəraitlər var", - deyə V. Qolovkov əlavə edib.

Qeyd edək ki, Azərbaycanın turizm agentliyinin əməkdaşları Rusiya Federasiyasının bir sıra regionu ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Rusiya turizm şirkətlərinin nümayəndələri ilə onlayn konfrans keçirib.

Tərəflər Krasnodar diyarı ilə "İter Vitis" şərab marşrutu üzrə şərab və qastronomik turlar istiqamətində, Sverdlovsk vilayəti ilə işgüzar və müalicəvi turizmin inkişafı, Tatarıstan Respublikası ilə tarixi və mədəni irs, habelə Həştərxan vilayəti ilə Xəzər dənizində kruiz marşrutlarının yaradılmasını müzakirə ediblər.

GÜNÜN MANŞETLERİ