Ötən il yol qəzalarında ölənlərin sayı açıqlanıb

Ötən il yol qəzalarında ölənlərin sayı açıqlanıb
Yayınlanma tarixi: 2/16/2023 12:49:45 PM

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ildə yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "İslamazeri.com"a verilən xəbərə görə, 2022-ci ildə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd edilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub. Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

 

Həmçinin, yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.

GÜNÜN MANŞETLERİ

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub
REGİON / İRAN

Qəzvində ABŞ-ın kəşfiyyat PUA-sı vurulub

3/26/2026 4:41:54 PM
Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM