Ötən il 69 min hektardan çox ərazi minalardan təmizlənib

Ötən il 69 min hektardan çox ərazi minalardan təmizlənib
Yayınlanma tarixi: 1/5/2026 4:08:37 PM

Azad olunan ərazilərdə 2025-ci il ərzində 1861 tank əleyhinə mina, 4 min 963 piyada əleyhinə mina, 52 min 392 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı məlumatında deyilir.

Məlumata əsasən, 69 205,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

GÜNÜN MANŞETLERİ

Bu gün TASUA GÜNÜDÜR
DİN

Bu gün TASUA GÜNÜDÜR

6/24/2026 10:03:14 AM
Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib
ÖLKƏ / MÜNASİBƏT

Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

6/24/2026 10:00:01 AM
İsrailin Livana hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları davam edir

6/23/2026 4:45:30 PM