Nazir: Bəzi müəllimlər var, məktəblərdə işləyir, amma öz fənlərini bilmir

Nazir: Bəzi müəllimlər var, məktəblərdə işləyir, amma öz fənlərini bilmir
Yayınlanma tarixi: 12/15/2022 11:02:30 AM

Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Müəllim vəzifəsini daşıyan adam öz fənnini bilməlidir. Müəllim öz fənnini bilmirsə, onda 9-cu sinifdə uşaqların niyə aşağı bal yığması bəllidir”.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycan müəlliminin əməkhaqqısı son 5 ildə ən çox artan əməkhaqqılar sırasındadır: “Bu günə qədər müəllimlərin əməkhaqqı onların bilik və bacarığından asılı olmadan artıb. Əməkhaqqının artımı üçün bir neçə alətdən istifadə olunub. Yalnız müəllimlərə xas olmaqla müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilməklə əməkhaqqıları da artırılmışdı. Bu halda forma çox sadə idi. Yəni diaqnostikada iştirak edib hətta 5 bal toplayan müəllim də əməkhaqqında artım hiss edib. Biz diaqnostika nəticəsində başa düşdük ki, əksər müəllimlər öz fənlərini bilirlər. Amma bəziləri var ki, bu gün onlar məktəblərdə işləyir, amma öz fənlərini bilmir. İkinci istiqamət bu müəllimlərin həqiqətən də peşə yararlılığını yoxlamaqdır. Peşəyə yararlıdırsa, əməkhaqqısına 35 %, az yararlıdırsa, 10 % artım təyin olundu. Sertifikasiyaya həvəs müəllimlər arasında çox böyük olub. 11 mindən artıq müəllimi artıq sertifikasiyaya cəlb etmişik. Bu yalnız bir neçə bölgəni əhatə edir".

GÜNÜN MANŞETLERİ

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM