Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:6.08.2022 10:00:23

2002-ci il təvəllüdlü T.Əliyevin nəşi Ağstafa rayonuna aparılıb.

Azərbaycan Ordusunun ötən gün Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.

İslamazeri.com xəbər verir ki, 2002-ci il təvəllüdlü T.Əliyevin nəşi Ağstafa rayonuna aparılıb.

O, bu gün rayonun Yenigün kənd qəbristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Laçında şəhid olan əsgərin nəşi ailəsinə təhvil verilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sənan Əhmədova şəhid ailəsi statusu verilməməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb
    "Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər?", - deputat Aqil Abbas bildirib.
     30.09.2022
    Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
     30.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ