Livan KİV-ləri sionist düşmənin bu gecə Livanda törətdiyi hücumlar nəticəsində ilkin hesablamalara əsasən 26-dan çox mülki şəxsin həlak olduğu və yaralandığını bildirir.
İslamazeri.com "Al Manar"a istinadən məlumatına əsasən, Livanın şərqində yerləşən Bəqaa vadisi ərazisində yaşayış olan binalara endirilən hava zərbələri nəticəsində ilkin olaraq 6 mülki şəxs həlak olub, 20 nəfər isə yaralanıb.
Livan mənbələri xilasetmə, dağıntılar altından çıxarma və yanğınsöndürmə işlərinin davam etdiyini, buna görə də ölən və yaralananların sayının arta biləcəyini ehtimal edir.
"Al Masirah" telekanalının Livandakı müxbiri bildirib ki, təcili tibbi yardım və mülki müdafiə briqadaları Bəqaa bölgəsində yaşayış binalarının bombardmanı nəticəsində həlak olan və yaralananları dağıntılar altından çıxarmaqda çətinliklə üzləşirlər. Bu səbəbdən itkilərin sayının artması istisna edilmir.
Məlumata görə, sionist qüvvələr Livanın Bəqaa bölgəsində, o cümlədən Riyəq və Təminin ət-Tahta qəsəbələrinin kənarında yerləşən bir binanı, eləcə də Nəbi Şit dağlıq ərazisindəki əş-Şəra bölgəsini hədəfə alıb. Hücumdan bir neçə dəqiqə əvvəl isə minlərlə fələstinli qaçqının yaşadığı Ayn əl-Hilvə düşərgəsi də bombardman edilib. Nəticədə 5 nəfər həlak olub və yaralananlar var.