Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:27.07.2022 14:01:27

Fuad Hüseyn İraqın suverenliyinə qarşı davam edən hərbi pozuntulara son qoyulması və hərbi qüvvələrinin İraq ərazisindən çıxarılması üçün 2018-ci ildən bu yana Türkiyə səlahiyyətlilərinə 296 etiraz notası verdiklərini bildirib.

İraqın xarici işlər naziri Fuad Hüseyn, Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışda, İraq hökumətinin Şuranın 25 iyulda Duhok hücumunu açıq şəkildə pisləyən bəyanatını alqışladığını bildirib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, 20 İyul 2022 Çərşənbə günü saat 13.50-də Zaho rayonunun Perex tətil kəndində baş verən hücumdan sonra bölgədə araşdırmalar apardıqlarını ifadə edən Hüseyn, 9 mülki vətəndaşın ölümü, 33 nəfərin yaralanması ilə nəticələnən hücumun  Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən həyata keçirildiyini bildirib.

O deyib:

"İraq türk ordusunun günahsız dinc sakinlərə qarşı bu açıq hücumunu qəti şəkildə pisləyir və bu hücumu İraqın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hərbi hücum kimi qiymətləndirir".

İraqın suverenliyinə qarşı davam edən hərbi pozuntulara son qoyulması və hərbi qüvvələrinin İraq ərazisindən çıxarılması üçün 2018-ci ildən bu yana Türkiyə səlahiyyətlilərinə 296 etiraz notası verdiklərini ifadə edən Hüseyn, BMT Təhlükəsizlik Şurasından Türkiyəyə hərbi qüvvələrini bütün İraq ərazisindən çıxarmağa məcbur edən təcili qətnamə qəbul etməyi tələb edib.


İraq XİN BMT-yə Türkiyə ilə bağlı çağırış edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sənan Əhmədova şəhid ailəsi statusu verilməməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb
    "Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər?", - deputat Aqil Abbas bildirib.
     30.09.2022
    Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
     30.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ