"İstintaq başlanılıb və bəyanat müəlliflərinə bütün istiqamətlər üzrə suallar veriləcək." - Gürcüstan DTX
İslamazeri.com xəbər verir ki, ölkənin Dövlət Təhlükəsizlik Xidməti (DTX) Qubaz Sanikidze, Tina Xidaşeli və “Sovet Keçmişinin Tədqiqi Laboratoriyası”ndan Giorgi Kandelakini sorğu üçün çağırıb.
Suallar onların mediada Gürcüstanda İran təsirinin artması ilə bağlı səsləndirdikləri açıqlamalara əsaslanır.
DTX açıqlayıb ki, yayılan bəyanatlar faktlara uyğun deyil və müəlliflərin iddiaları araşdırılır. İstintaq çərçivəsində hər kəsə konkret faktlar təqdim etmək imkanı yaradılacaq. Siyasətçilər və Kandelaki yalnız magistrat hakimi qarşısında sualları cavablandıracaqlarını bildiriblər.
Suallar onların mediada Gürcüstanda İran təsirinin artması ilə bağlı səsləndirdikləri açıqlamalara əsaslanır.