İlham Əliyev Finlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Finlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Yayınlanma tarixi: 11/22/2021 7:56:12 PM

Finlandiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsi Prezident tərəfindən qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

İslamazeri.com xəbər verir ki, səfir Kirsti Narine Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırıb və etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiya dövlətinin başçısına çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırladıb. Dövlət başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğulayıb.

Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu deyib, əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd edib. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM