Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:4.08.2022 10:19:42

İşğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşlər keçirilib.

Müdafiə nazirinin tapşırığına əsasən yeni tədris dövrünün başlanması ilə əlaqədar olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşlər keçirilib.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məıumata görə, görüşlərdə hərbi qulluqçuların xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Bundan əlavə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, bunun nəticəsində mənəvi-psixoloji vəziyyətlərinin yüksək səviyyədə olduğunu ifadə ediblər. Həmçinin yeni tədris dövründə qarşıya qoyulan məqsədlərə nail olacaqlarını əminliklə bildiriblər.


Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir - MN

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ