Hərbçilərə verilən "ərzaq pulu"nun artırılması təklif edilib

Hərbçilərə verilən
Yayınlanma tarixi: 11/11/2022 12:12:41 PM

Ombudsman bildirib ki, eyni zamanda məktəblərdə əsas tədris vəsaitləri ilə yanaşı əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına verilməsinə ehtiyac var.

“Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində məktəblərin soyuq olmasının uşaqlar arasında xəstəliklərin artmasına səbəb olduğunu nəzərə alaraq, məktəblərdə qış mövsümünə keçidin havanın temperaturuna uyğun təmin edilməsini təklif edirəm”.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, eyni zamanda məktəblərdə əsas tədris vəsaitləri ilə yanaşı əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına verilməsinə ehtiyac var: “Hepatit B və Hepatit C xəstələrinin pulsuz verilən dərmanlarının siyahısının genişləndirilməsini təklif edirik. Yeni tələbə yataqxanalarının tikilməsi üzrə işlər davam etdirilməlidir. Ötən dövr ərzində təbii fəlakət nəticəsində evləri dağılan insanlar var ki, hələ də növbə gözləyirlər. Hərbi qulluqçulara verilən "ərzaq pulu"nun həcminin artırılmasını təklif edirəm”.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM