Hatayda körpə 66 saat sonra dağıntılar altından sağ çıxarılıb

Hatayda körpə 66 saat sonra dağıntılar altından sağ çıxarılıb
Yayınlanma tarixi: 9.02.2023 13:58:57

Fevralın 6-da Kahramanmaraşda Türkiyeni dərindən sarsıdan zəlzələdə dağıntılar altından müjdə vermək üçün yüzlərlə xilasetmə qrupu və minlərlə könüllü fəaliyyətlərini davam etdirir.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, saatlar keçsə də dağıntılar altından ümidverici xəbərlər gəlməkdə davam edir.

Qaziantep vilayətinin İslahiye rayonunda 17 yaşlı Ünzilə Şirin zəlzələdən 78 saat sonra binanın dağıntıları altından xilas edilib.

Ersin və Mustafa Tabur və ataları Mithat Tabur da 76 saatdan sonra xilas edilib.

Adanada zəlzələ nəticəsində çökən binanın dağıntıları altında qalan qadın zəlzələdən 75 saat sonra xilas edilib.

Kahramanmaraşda yaşayış binasının dağıntıları altından 72 yaşlı İsmail Altınoluk, 72 saat sonra aralarında 5 yaşlı uşaq, 49 yaşlı Duran Şeker olmaqla 3 nəfərlik ailə 70 saat sonra , 68 saat sonra 80 yaşlı qadın xilas edilib.

Diyarəkirin Bağlar rayonunda yaşayış binasının dağıntıları altında qalan qadın 72 saat sonra xilas edilib.

Hatayda sökülən yaşayış binasının dağılmasından 72 saat sonra 4 nəfər xilas edilərkən, biri uşaq olmaqla 2 xarici ölkə vətəndaşı 67 saat sonra, Kırıkhanda baş verən zəlzələdən 67 saat sonra 3-ü uşaq olmaqla 6 nəfər sağ-salamat xilas edilib. Zəlzələdən 66 saat sonra 7 aylıq körpə də dağıntılar altından xilas edilib.

Adıyamanda zəlzələdən 77 saat sonra dağıntılar altından 36 yaşlı kişi, 65 saat sonra anası və iki qızı xilas edilərkən, Şanlıurfanın Birecik rayonunda bir qadın 69 saat sonra yaralı olaraq çıxarılıb.

GÜNÜN MANŞETLERİ