Hacı Ramil Bədəlov Gürcüstanda tədbirlərdə iştirak edib

Hacı Ramil Bədəlov Gürcüstanda tədbirlərdə iştirak edib
Yayınlanma tarixi: 12.07.2023 11:37:39

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Ramil Bədəlov Gürcüstanda səfərdədir

İslamazeri.com xəbər verir ki, Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Ramil Bədəlov Gürcüstanda səfərdədir.

İlahiyyatçı dini təşkilatların keçirdiyi tədbirlərdə iştirak üçün dəvət ilə Gürcüstana səfər edib.

O Tbilisi, Marneuli, Qardabanidə yaşayan azərbaycanlı ilahiyyatçılar və dindarlarla görüşüb, konfrans və tədbirlərdə iştirak edib və dünən Marneuli və Qardabanidə məsclidlərdə çıxış edib.

Hacı Ramil Bədəlov kimdir?

Ramil Vidadi oğlu Bədəlov 1985-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub. Ata tərəfi Fatmayı, ana tərəfi isə Zığ kəndindəndir. Darul Hikmət Elm və Tədris Mərkəzində İslamşünaslıq dərsini tədris edir.

Hacı Ramil İslam dininə, onun tarixinə və fəlsəfəsinə aid 3 kitabın müəllifidir. Müxtəlif vaxtlarda onun yazmış olduğu “Quranla yaşamaq”, “Özün həqiqəti” və “Duanın sirri” kitabları işıq üzü görüb.

Hacı Ramil uzun müddətdir ki, dini maarifçiliklə məşğuldur. O şəxsi youtube kanalında dini mövzuda hazırladığı verilişlərlə tamaşaçıların qonağı olur.

İlahiyyatçı sosial şəbəkələrdə də geniş auditoriyaya malikdir. Onun facebookun Azərbaycan seqmentində 99 min, İnstagramda 461 min, yutubda isə 217 min izləyicisi var. Çıxışlarına və cəmiyyətə verdiyi mesajlara görə insanlar onu savadlı ilahiyyatçı kimi xarakterize edirlər.

Qeyd edək ki, Hacı Ramil  Bədəlov bir müddət Bakının Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra  məscidinin axundu olub. O, 2017-ci ilin aprelində qeyri-müəyyən səbəbdən tutduğu vəzifədən könüllü imtina edib.

Hacı Ramil ailəlidir. Bir oğlu, bir qızı var.

GÜNÜN MANŞETLERİ