Gürcüstan DTX-dan İŞİD əməliyyatı

Gürcüstan DTX-dan İŞİD əməliyyatı
Yayınlanma tarixi: 22.04.2023 18:47:14

Gürcüstan DTX İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib

 

İslamazeri.com xəbər verir ki, Gürcüstan DTX İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkə vətəndaşı Malxaz Paksaşvilinin saxlanılması barədə məlumat yayıb. İstintaq hesab edir ki, o, İŞİD  bölmələrindən birinin rəhbəridir  və Suriyada hərbi əməliyyatlarda iştirak edib.

İstintaqın məlumatına görə, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili 2013-cü ildə Suriyaya gedib və orada İŞİD  beynəlxalq terror təşkilatının üzvlərinə qoşulub. 2013-2015-ci illərdə Paksaşvili Sezar və Tsiskar Toxoşaşvili qardaşlarının qondarma “hərbi əmirlər” qrupuna daxil olub və terror təşkilatının həyata keçirdiyi hücumlarda iştirak edib.

Həmçinin, Gürcüstan vətəndaşı İŞİD-in yüksək rütbəli hərbi komandirləri ilə sıx əlaqədə olub və qruplardan birinin rəhbəri vəzifəsini tutub.

Xüsusi əməliyyat zamanı Malxaz Pakaşvili Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

GÜNÜN MANŞETLERİ