Rustavidə Məbəs bayramı münasibətilə tədbir keçirilib - FOTOLAR

Yayınlanma tarixi: 1/18/2026 4:50:01 PM

Gürcüstanın Rustavi şəhərində Məbəs bayramı münasibətilə möhtəşəm bayram tədbiri təşkil olunub.

İslamazeri.com xəbər verir ki, məclis Azər Süleymanovun aparıcılığı ilə açılıb, Vidadi Qurbanovun Qurani-Kərim tilavəti isə mərasimə dərin mənəvi ab-hava bəxş edib.

Tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, vətəndaşlar, Gürcüstanda fəaliyyət göstərən dini qurumların rəhbərləri, beynəlxalq səfirliklərin nümayəndələri, ilahiyyatçılar və din xadimləri iştirak ediblər.

Çıxış edənlər arasında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Gürcüstanın Şərqi müftisi Etibar Eminov, Azərbaycandan dəvət olunmuş din xadimi və ilahiyyatçı Hacı Eldayaq Hüseynov, Azərbaycan səfirliyinin məsul katibi Cavid Məhərrəmov, eləcə də İran səfirliyinin Dini İşlər müşaviri Əli Qurbani və Türkiyə səfirliyinin Dini İşlər müşaviri Mahmud Göl yer alıblar. Onlar Məbəs bayramının mahiyyəti və İslam tarixindəki əhəmiyyətindən söz açaraq iştirakçıları təbrik ediblər.

Tədbir Əhli-beyt məddahı Səid Həsənin ilahiləri, həmçinin körpələrin səsləndirdiyi dini ilahilər və şeirlərlə davam edib. Yekunda iştirakçılar arasında püşkatma keçirilib və hədiyyələr təqdim olunub.

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM
Təl-Əvivdə sirenalar susmur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Təl-Əvivdə sirenalar susmur

3/12/2026 2:50:24 PM