FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Yayınlanma tarixi: 12/30/2025 11:21:54 AM

Fövqəladə Hallar Nazirliyi ( FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

İslamazeri.com xəbər verir ki, müraciətdə yaxın günlərdə bir sıra ərazilərdə yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi, əsasən dağlıq rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırıldığı bildirilib.

Nazirlik qeyd olunanları nəzərə alaraq əhaliyə müraciət edib və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb:

"Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır".

GÜNÜN MANŞETLERİ