Energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək

Energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək
Yayınlanma tarixi: 10/11/2022 6:11:56 PM

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə cari ilin 12-14 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edəcək.

Bu barədə "İslamazeri.com"a Nazirlikdən bildirilib.

Məlumata görə, bir sıra ölkələrin hökumət nümayəndələrinin, energetika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərlərinin və aparıcı ekspertlərin qatılacağı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində qlobal bazarlarda əməkdaşlıq, enerji keçidi və digər aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir.

Forumda energetika nazirinin “Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM