Dövlət sərhədini pozmağa cəhd edən 10 Nepal vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd edən 10 Nepal vətəndaşı saxlanılıb
Yayınlanma tarixi: 5/8/2023 12:51:06 PM

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "İslamazeri.com"a verilən məlumata görə, may ayının 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 (on) nəfər Nepal Federativ Demokratik Respublikası vətəndaşı saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Nadirli Xalid Teymur oğlu və Ağayev Tural Teymur oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM