Deputat: Fransa qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaransın

Deputat: Fransa qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaransın
Yayınlanma tarixi: 12/2/2022 1:34:24 PM

Bunu Milli Məclisin iclasında deputat Ziyafət Əsgərov deyib.

“Fransa Milli Assambleyası yenə Senatın qətnaməsini kopiyalayıb”.

İslamazeri.com" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Ziyafət Əsgərov deyib.

O, məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin mövqeyini riyakarlıq adlandırıb.

“Fransa xarici işlər naziri qeyd edib ki, Senat və Assambleya Fransa hakimiyyətinin ayrı qoludur və Parisin mövqeyini əks etdirmir. Bu qədər ikiüzlülük, bu qədər riyakarlıq olar? Bu qətnamədə yenə “Dağlıq Qarabağ” yazırlar. Orada Ermənistan abidələrinin qorunmasından danışırlar. Hansı erməni abidələrindən danışılır? Hamısı Azərbaycan abidəsidir.

Bu günə qədər Fransa 5 respublika yaradıb, amma içini qura bilməyib. Fransa niyə qoymur ki, Azərbaycan və Ermənistan arasında sülh yaradılsın, niyyəti nədir? Bilin və agah olun, Fransa, həddinizi aşmayın, Qarabağ Azərbaycandır!”

Millət vəkili bildirib ki, Fransa tarix boyu müstəmləkəçilik siyasəti aparıb. “Fransa Vyetnamdan tutmuş, Afrikaya qədər müstəmləkçilik siyasəti həyata keçirib. Bu gün də Afrikanın 14 ölkəsi Fransaya vergi verir. Fransa deyir ki, sizə müstəqillik vermişik, dilimizdən, təhsil sistemimizdən istifadə edirsiniz. Buna görə də həmin ölkələrdən vergi alırlar”, – deyə o əlavə edib.

Xatırladaq ki, Fransa Senatı 2022-сi il noyabrın 30-da Azərbaycana qarşı qətnamə qəbul edib.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM