"Çin Suriyanın inkişafının bərpası üçün kömək etməyə davam edəcək"

Yayınlanma tarixi: 11/5/2021 4:54:29 PM

Bu sözləri Çin Xalq Respublikası prezidenti Si Cinpin Suriya prezidenti Bəşər Əsədlə telefon danışığı zamanı deyib.

İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, Çin hökuməti ölkənin yenidən qurulmasında və COVID-19 pandemiyası ilə mübarizədə Suriyaya kömək etmək niyyətində olduğunu açıqlayıb.  

Bunu bu gün  Suriya Prezidenti Bəşər Əsədlə telefon danışığında Çin prezidenti Si Cinpin deyib.  

“Çin COVID-19 ilə mübarizədə Suriya tərəfinə yardım göstərməyə davam edəcək, həmçinin ölkənin bərpası və inkişafının bərpası üçün dəstək verəcək”, - deyə Çin mərkəzi televiziya kanalı Si Cinpinin sözlərini sitat gətirib.  

“ÇXR Suriya tərəfinin dövlətin suverenliyini, ərazi bütövlüyünü və milli ləyaqətini qorumaq üçün hərəkətlərini dəstəkləyir və xarici qüvvələrin Suriyanın daxili işlərinə qarışmaq cəhdlərinə qəti şəkildə qarşı çıxır”, - deyə Si Cinpin qeyd edib.  

Buna cavab olaraq Suriya lideri Çinə göstərdiyi dəstəyə görə təşəkkür edib və bildirib ki, Dəməşq çinli investorların ölkənin yenidən qurulmasında iştirakını alqışlayır.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM