Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb

Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb
Yayınlanma tarixi: 11/17/2022 2:10:00 PM

Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb.

"Bizdə ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Həmin siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər həyata keçirilir".

İslamzeri.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O, nazirliyin hədəfinin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib. Şöbə müdirinin müavini söyləyib ki, bununla bağlı hər il müvafiq işlər görülür və buna uyğun olaraq çoxlu sayda məktəblər hər il qazla qızdırılan mərkəzləşdirilmiş istilik sisteminə qoşulur.

Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb. Odunun ənənəvi yanacaq növü olduğunu bildirən O.Abbasov hazırda ölkədə bəzi məntəqələrin qazlaşdırılmadığını xatırladıb.

O, həmçinin deyib ki, hətta bəzi məntəqələrdə qaz olsa belə, "mavi yanacağ"ın mövcud təzyiqi məktəbin qızdırılmasına imkan vermir. Bundan əlavə, bəzi məktəblərin qəzalı vəziyyətdə olması həmin təhsil ocaqlarının qazlaşdırılmasına maneə yaradır.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM