Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüb

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüb
Yayınlanma tarixi: 2.02.2023 12:03:39

Türkiyənin milli müdafiə naziri nazir Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüş keçirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Qarsa səfər ediblər.
Hulusi Akar və onu müşayiət edən hərbi heyət Qarsdakı Harakani hava limanında vali Türker Öksüz, 3-cü ordu komandanı Yavuz Türkgenci və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.
Məlumata görə, Hulusi Akar “Yüksək Səviyyəli Müşahidəçi Günü” münasibətilə Türkiyəyə səfər edən Azərbaycanın müdafiə naziri Zakir Həsənovu hava limanında qarşılayıb.
Hulusi Akar daha sonra Azərbaycanın müdafiə naziri general Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüş keçirib.
Görüş zamanı hərbi təlim və əməkdaşlıq ilə regional inkişaf ətrafında fikir mübadiləsi aparılıb. Məlumatda qeyd olunub ki, Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladze "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nü birlikdə izləyəcəklər.
Türkiyə-Gürcüstan-Azərbaycan müdafiə nazirləri toplantısı çərçivəsində dekabrın 21-də milli müdafiə naziri Hulusi Akarın ev sahibliyi ilə Kayseridə üç ölkənin müdafiə nazirləri daha əvvəl bir araya gəlmişdi.

 

GÜNÜN MANŞETLERİ