Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.09.2022 13:31:57

"Düşmənin təhdidləri qarşısında çəkindiricilik və ölkənin qorunması, yalnız müqavimət yolu ilə əldə olunur".

İran İslam İnqilabının Rəhbəri İraqın İrana qarşı icbari müharibəsini imperializmin İran xalqı və İran İslam Respublikası ilə düşmənçilikdəki strateji imperiya siyasətinin nəticəsi adlandırıb.

İslamazeri.com xəbər verir ki, Ayətullah Xamenei veteranların zəhmətlərinin dəyərləndirilməsi mərasimində bildirib:

"Beynəlxalq güclərin qüdrət aşiqi Səddamı hərtərəfli şəkildə himayə etmələrinə rəğmən, müharibə «İnqilabın coşan qüdrəti, Ayətullah Xomeyninin olduqca təsirli rəhbərliyi və İran xalqının dəyərli xüsusiyyətləri» kimi üç element sayəsində, mütləq və böyük bir təhdiddən böyük bir fürsətə çevrildi".

Müdafiəni ölkənin bu günü və sabahı üçün çox faydalı, mənalı və həyəcanlı bir hadisə adlandıran İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Qərb tərəfindən bu icbari müharibə barədə yayılan sənəd və faktlara işarə ilə, bildirib:

"İranın müharibəyə məcbur edilməsi, beynəlxalq hegemonların İslam İnqilabının qələbəsinə olan təbii reaksiyaları idi və İran xalqının inqilabı sırf olaraq, asılı və pozğun bir rejimin məğlubiyyəti və bir zaman kəsiyində Amerika ilə imperializmə vurulan bir zərbə deyildi, həm də hegemonçuluq sisteminin imperiyasına qarşı bir təhdid idi. Bu təhdidin dərinliyini dərk edən Qərb və Şərqin zalım qüvvələri Səddamı təşviq və təhrik etməklə müharibəni İran xalqına icbar etdilər".

İrana qarşı icbari müharibədə məqsədin, İran xalqının digər xalqlara Amerikadan qorxmamaq və beynəlxalq ayrı-seçkilik və zülm qarşısında müqavimət göstərmək kimi yeni sözləri və müraciətinin ötürülməsinin qarşısını almaq olduğunu bildirən Ayətullah Xamenei deyib:

"Məhz Amerikanın tamahkarlıq, istinad və ümid nöqtəsi sayılan bir ölkədə müstəqil və ilhamverici siyasi quruluşun meydana gəlməsi Amerika və hegemonçular üçün son dərəcə dözülməz idi. Buna görə, çevriliş, Təbəsə hücum və qövmləri təhriketmə kimi uğursuz hərəkətlərdən sonra onlar İran xalqına geniş miqyaslı bir müharibəni icbari etdilər".

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı digər xalqlara ibrət dərsi verməyi, beynəlxalq ekspansinistlərin İrana qarşı icbari müharibəni salmaqdakı məqsədlərindən adlandırıb və əlavə edib:

"Onlar İran xalqını yatırmaqla müqavimətin açılmış qapısını tamamilə bağlamaq istəyirdilər, amma xalq imperializm cəbhəsinin bütün hədəflərini zərərsizləşdirdi və düşmənlərin təsəvvür etdiklərinin əksinə olaraq, özünü yüksəltdi və bir çox fürsətlər yaratdı".

Müxtəlif siyasi, iqtisadi və mədəni məsələlərdə müqavimət prinsipindən istifadəyə işarə edən Ayətullah  Xamenei vurğulayıb:

"Müqəddəs müdafiənin daxilində isbat edildi ki, düşmənin təhdidləri qarşısında çəkindiricilik və ölkənin qorunması, yalnız müqavimət yolu ilə əldə olunur".


Ayətullah Xamenei: "Səddamı da himayə edirdilər, amma nəticəsi necə oldu?"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sənan Əhmədova şəhid ailəsi statusu verilməməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb
    "Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər?", - deputat Aqil Abbas bildirib.
     30.09.2022
    Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
     30.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ