Ali təhsil sisteminin yeni mexanizminin yaradılması müzakirə edilib

Ali təhsil sisteminin yeni mexanizminin yaradılması müzakirə edilib
Yayınlanma tarixi: 12/20/2022 3:41:19 PM

Dekabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri, mövcud resurslardan düzgün istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Eyni zamanda əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsi ilə bağlı inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.


Görüş zamanı İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov 2014-2020-ci illər ərzində bakalavriat səviyyəsi üzrə məzun olan tələbələrin məşğulluğu, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov isə pedaqoji profilli ixtisaslar üzrə ali təhsil müəssisələrindən məzun olmuş tələbələrin 2022-2023-cü tədris ilində keçirilmiş MİQ imtahanlarındakı nəticələrinə dair statistik təhlili iştirakçıların diqqətinə çatdırıb.
Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ
DÜNYA / İSLAM DÜNYASI

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ

3/16/2026 1:20:01 PM
Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM