ABŞ İkinci Dünya müharibəsindən bəri bir qismi iqtidarları dəyişmək məqsədli kiçik hərbi əməliyyatlar, bir qismi isə "müharibə" adlandırılmağa layiq olan hərbi münaqişələrin tərəfi olub.
Bu mənada Koreya, Vyetnam, Birinci Körfəz müharibəsi, Əfqanıstan, İraq və hazırda İranı bu siyahıya daxil etmək olar.
Bitmiş müharibələrdən Koreya, Vyetnam və Əfqanıstanın ABŞ-ın strateji məğlubiyyəti ilə nəticələndiyinə şübhə yoxdur. Körfəz müharibəsi isə təkbaşına ələ alındıqda zəfərlə nəticələnmiş və Küveyti “azad etmiş” kimi görünsə də, bitməmiş bir müharibə idi; İraq müharibəsi onun davamı oldu. Səddamın devrilməsi və ABŞ-ın İraqa yerləşməsi zəfər kimi görünsə də, İranın düşməni olan Səddamın yox edilməsi və hakimiyyətə İrana yaxın olan əksəriyyətin gəlməsi baxımından strateji cəhətdən istənilən nəticəni vermədi. Daha da önəmlisi, İraq digər Körfəz ölkələri kimi vasal (tabe) dövlətə çevrilmədi.
Lakin bugünkü müharibənin keyfiyyət baxımından çox böyük fərqi var. Yuxarıda qeyd olunan bütün müharibələrdə məğlubiyyət qismən idi. Koreyada istənilən hər şey tam alınmasa da, ABŞ ölkənin yarısını rəsmən özünün yarı-müstəmləkəsinə çevirə biləcəyi bir sistem qurdu və Uzaq Şərqdə daha bir dayaq nöqtəsi qazandı.
Vyetnam və Əfqanıstan hərbi mənada məğlubiyyət kimi görülmədi. Bu günə qədər bu müharibələr ABŞ-ın səbirsizliyi və vaz keçməsi üzündən itirilmiş hesab olunurdu: “Liberallar yolumuzu kəsməsəydi, zəfərə çox az qalmışdı”. Həmçinin, tərəflər dövlət deyil, “gerilla” (partizan) olduğu üçün strateji məğlubiyyəti “səbirsizlik” kateqoriyasına aid etmək asan idi.
İran müharibəsinin fərqi
Hazırkı vəziyyət (ehtimal olunmasa da), İran hərbi mənada ciddi itki versə belə, ilk 40 gün ərzində ABŞ üçün nizamlı (lakin asimmetrik) bir orduya qarşı yaşanan ilk strateji məğlubiyyət kimi tarixdə yerini aldı. Belə ki:
1. Hərbi baxımdan
ABŞ bütün səylərinə və sursat anbarlarını boşaltmasına rəğmən, müharibədən əvvəl ən yaxşı halda "regional güc" kimi tanınan İranı hərbi cəhətdən məğlub edə bilmədi. Hərbi kozırlarını tükətdi. ABŞ və İsrail əllərindəki konvensional (nüvə olmayan) uzaqmənzilli raketlərin böyük hissəsini istifadə etsələr də, İranı diz çökdürə bilmədilər. Üstəlik, digər hərbi rəqiblərinə (Çin və Rusiya) qarşı istifadə edə biləcəyi sursatı qalmadı.
ABŞ-ı güclü edən gerçək hərbi gücündən daha çox, ona aid edilən (atfedilen) "əfsanəvi" güc idi. Bu müharibə göstərdi ki, o güc reallıqdan qat-qat yüksək imiş. ABŞ-ın hava hakimiyyəti doktrinası iflas etdi. 40 günlük "Tomahawk", "JASSM" və "ALBM" hücumlarından sonra ölkəyə girməyə çalışan F-15 və F-35 təyyarələrinin vurulması hədəfə çatılmadığını göstərdi. Ən böyük dərs isə ABŞ-ın güc simvolu olan aviadaşıyıcı gəmilərin funksiyasız və mənasız olduğunun görülməsi oldu.
2. İttifaq qurma baxımından
ABŞ-ın qoruma çətiri altına aldığı Körfəz ölkələrini qoruya bilməməsi bu təhlükəsizlik vədlərinin mənasızlığını ortaya qoydu. Bu, strateji baxımdan böyük zərbədir. Digər tərəfdən:
-
Cənubi Koreya: Şimali Koreyadan PUA-ların hava məkanını pozmasına görə üzr istəyərək gərginliyi azaltdı və ABŞ-ın oradakı varlıq səbəbini sarsıtdı.
-
Tayvan: ABŞ-a arxalanaraq Çinə meydan oxuyan Tayvanda qurucu partiyanın lideri aprelin əvvəlində Çinə səfər edərək yumşalma siqnalları verdi.
3. Diplomatik baxımdan
İkinci Dünya müharibəsindən sonra ilk dəfə ABŞ-ın müttəfiqləri nəinki ona qoşulmadı, hətta onun istəklərinin əksini etmək cəsarəti göstərdilər:
-
İspaniya: Mart ayında geri çağırdığı səfirini yenidən İrana göndərdi və eyni vaxtda İsrail səfirini geri çağırdı.
-
Cənubi Koreya: İrana diplomatik heyət göndərərək ABŞ-dan qopma iradəsini göstərdi. Həmçinin, Cənubi Koreya prezidenti İsrailin hərəkətlərini sərt şəkildə qınadı və anti-semitizm ittihamlarına baxmayaraq geri addım atmadı.
Və son olaraq...
İrana qarşı edilən hücum və ardınca yaşanan müharibə göstərdi ki, ABŞ hərbi mənada tam əzilməsə də, effektivliyini itirib. ABŞ hərbi texnologiyasının dövrün tələblərindən geri qaldığına, "yenilməz" aviadaşıyıcıların hədəfə çevrildiyinə şahid olduq. Dünya ölkələri bu mənzərəni düzgün oxuyur və Vaşinqtondan sürətli qopuş yaşanır.
Bu, ABŞ üçün strateji bir məğlubiyyət və yeni dünya nizamına keçidin "işarə fişəngi"dir.
Türk analitik Ümid Nerkisoğlu/Tərcümə İslamazeri.com